تبليغاتX
qurtuluş söyləri
qurtuluş söyləri

səməd behrəngi : yalnız ölü balıqlar su axarında üzəllər


Mənə ağrımayan bir ürək verin/reyhan kənan

Elə bil bərkiyib,daşdı ürəyim

Duyğudan qaynayıb daşdı ürəyim

Ağrıdan inləyib çaşdı ürəyim

Mənə ağrımayan bir ürək verin

Yanmasın nə sevgi,nə eşq oduna

Salmasın o ötən günü yadına

Düşməsin kiminsə şər girdabına

Mənə ağrımayan bir ürək verin

 Dərdsiz ürəkləri tanrı doğurmaz

Deməyin ki,mənim dərdim,ağrım az

O hansı ürəkdir,soylə,ağrımaz

Mənə ağrımayan bir ürək verin

Reyhan onsuz, bilir,hər şey ötəri

Hər şey gəldi-gedər,hər şey itəri

Dünyada dərdlər var dərddən betəri

Mənə ağrımayan bir ürək verin

  توسط yılmaz  |

 

Hey Hey/Hüşəng Cəfəri


Hey Hey

Babək kimi dur qollarını çırmala hey hey

Türk ellərini yığmağa tonqal qala hey hey

Baş bölgü bölənlər bizi yaddan çıxadıblar

Haqq almalıdır dur yapışaq qol-qola hey hey

Qəm dev kimi dünyanı tutub ovcuna sıxdı

Bas barmağı sınsın boğazın parçala hey hey

Ay nəsli Nəsimi sizə susmaq ki yaraşmaz

Türk oğlu deməz ax! dərisin soysalar hey hey

Dağlar dağılar gər ucala nərəsi türkrn

Bir nərə dəmavəndə çəkib şaqqala hey hey

Min dalğali tufan törənər himmətimizdən

Dünyanı yapış ləndi kimin yırqala hey hey

Yazmağ günüdür bir qələm al saxla əlində

Hax hax deyib haq üstə verək dal-dala hey hey

Hər şəhridə min babəkimiz qaldıracax baş

Babək qalasından yaradax min qala hey hey

  توسط yılmaz  |

 

əlvida/sücaət


Bəlkə qayıtmadım görmədim sizi

Çəmənlər əlvida, güllər əlvida

Doyunca dərmədim ,dərmədim sizi

Çiçəklər əlvida, güllər əlvida


Sevdalı zamanlar, nəşəli çağlər

Qartallı qayalar, bülbüllü bağlar

Nərgizli meşələr, laləli dağlar

Yaşılbaş sonalı göllər əlvida


Axarlı yanaqlar, azanda əllər

Sərvi boylular, görkəmli güllər

İşvəli baxışlar, nəğməli dillər

Hilal qaşlar, dalğa tellər əlvida


Sinəm ayrılıqdan dağlanacaqdır

Arzım qəfəslərdə saxlanacaqdır

Üzümə qapılar bağlanacaqdır

Azad yaşadığım günlər əlvida


Ya sudandı vallah yada havadan

Düşmən doymur qeylqaldan davadan

Sücaətəm ferih düşdüm yuvadan

Obalar əlvida, çöllər əlvida

  توسط yılmaz  |

 

Ergenekon Destanı

Ergenekon Destanı

Türk illerinde Türk oku ötmeyen, Türk kolu yetmeyen, Türk'e boyun eğmeyen bir yer yoktu. Bu durum yabancı kavimleri kıskandırıyordu. Yabancı kavimler birleştiler, Türklerin üzerine yürüdüler. Bunun üzerine Türkler çadırlarını, sürülerini bir araya topladılar; çevresine hendek kazıp beklediler. Düşman gelince vuruşma da başladı. On gün savaştılar


ادامه مطلب

  توسط yılmaz  |

 

Al silahın yola düş/Saleh Ildırım

Al silahın yola düş

Qalx ayağa qoçağım, zalimə üsyan çağıdır

Boyanıb ölkə qana, düşmənə qan-qan çağıdır

Sənı səslır vətənın, bir  yeni dəstan çağıdır

Qalx ayağa  qoçağım qanlara qan almalıyıq

Al silahın yola düş ölkəni qurtarmalyıq

 

Qoç Kor oğlu hay vurub atlana hamı dəlilər

Tətiyin çəkmədədir  indi həcərlər, nəbilər

Ölkəmə basqı edibdir  yaramaz  ərmənilər

Biz də odlar diyarın oddan olan övladıyıq

Al silahın yola düş ölkəni qurtarmalyıq

 

Bir baxın siz vətənə, torpaği qandır görüsüz,

Ölkənin sərvəti hər yerdə talandır görüsüz,

Ana yurdun adı əlbətdə qalandır  görüsüz

Düşmənin ordusuna güclü bir od salmalıyıq

Al silahın yola düş ölkəni qurtarmalyıq

 

Vətənimdə  bilirəm aslan igidlər çoxdur

Dağıdar düşməni o, odlu, qızıl bir  oxdur

Vətən uğrunda  ölüm varsa da dönmək yoxdur

Qalx ayağa  qoçağım birləşib atlanmalıyıq

Al silahın yola düş ölkənı qurtarmalyıq

 

Saleh axırda deyir qanlara qaynar qanımız

Vətən uğrunda ola min kərə qurban canımız

Gərək azad ola  axır Qarabağ torpağımız

Qalx ayağa  qoçağım qanlara qan almalıyıq

Al silahın yola düş ölkəni qurtarmalyıq.

  توسط yılmaz  |

 

Canı qurban demişik Azəribaycanımıza/Saleh Ildırım

Canı qurban demişik Azəribaycanımıza

 

Neçə yol millətimiz qanınə əlvan boyanıb

Od vurub pəhləvilər dəftərimiz odda yanıb

Adımız, tariximiz, kimliyimiz taptalanıb

Şovonisler  yenədə qəsd eliyib canımıza

Canı qurban demişik Azəribaycanımıza

 

Mollalarda yeridir  eyni siyasətlərini

Eliyir din adına bugün cinayətlərini

Başlayıbdır şovunist köhnə hikayətlərini

Yağdırılar yenə böhtan bizim unvanımıza

Canı qurban demişik Azəribaycanımıza

 

Vermişik könlümüzü  millətimizlə vətənə

Qorxu yox  gər yağa min ox belə candan keçənə

Dönmərik biz yolumuzdan gər bürünsək kəfənə

Vətətn uğrunda əyər biz boyanaq qanımıza

Canı qurban demişik Azəribaycanımıza

 

Allah –allah səsimiz göylərə qovzandı bugün

Yeni dəva, yeni qoqa. yeni tufandı bugün

Zalimə zülmətə qarşı yeni üsyandı bugün

Kim girər  bir belə dəva , belə meydanımıza

Canı qurban demişik Azəribaycanımıza

 

Başlayıb millətimiz istiyir öz kimliyini

Özünün məktəbini , öz adını , öz dilini

Öz elin,öz obasın, öz müstəqil dövlətini

And ola qeyrətimiz , and ola  vicdanımıza

Canı qurban demişik Azəribaycanımıza

 

Çoxda çəkmə daha , biz düşməni burdan qovarıq

Qırarıq zənciri qoldan yenə azad olarıq

Birdə məclis yaradıb bir daha  dövlət qurarıq

Salehəm and ola din , and ola Quranımıza

Canı qurban demişik Azəribaycanımıza

  توسط yılmaz  |

 

sözlük

اؤپگه: شش، ريه، Öpgə
اؤترگي: گذرا، Ötərgı
اؤتري: گذرا، Ötərı
اؤتگون، اؤتگم: نافذ، سخن دقيق و با نفوذ، Ötgun
اؤتمك:گذشتن، رد شدن، Ötmək
اؤته: گذشته، Ötə
اؤته‌ك: تاريخ، Ötək

ادامه مطلب

  توسط yılmaz  |

 

Gecələr/abbas bariz

Təng olur başıma təklik sarı aləm gecələr

Bir nəfər olmadı mənlə ola həmdəm gecələr

 

Eşqə biganə olanlar nə bilir kim nə çəkir

Çəkməsin mən çəkəni əhli cəhənnəm gecələr

 

Bir mənəm-bir bu qələm, birdə bu viranə könül

Üçümüzdə gəlirik naliyə ba həm gecələr

 

Kimsə bilməz ürəyim sirrini dünyadə mənim

Yaz qələm durmaki sənsən mənə məhrəm gecələr

 

Yaralı könlümə gündüz vurulan yarələrə

Mehriban yar əli isti qoya mərhəm gecələr

 

Nə verər gündüzü möhlət mənə hicran sitəmi

Nə qoyar baş yerə bir ləhzə qoyam ğəm gecələr

 

Eşqinə sadiq olan cəhdilə himmət kəmərin

Dərd o ğəm çəkməyə bağlar belə mohkəm gecələr

 

Məndə məcnun kimi zənciridə görrəm özümü

Ondakı zülfün olar gözdə mücəssəm gecələr

 

Mən çəkən ğəm yükünü bir gecə çərxin belinə

Qoysalar , püşte fələk ğəmdən olar xəm gecələr

 

Pərdəli qoydu sözün (( barizə )) faş eyləmədi

Sirrilər örtüyü bu qorxulu mübhəm gecələr

  توسط yılmaz  |

 

Babək bəz qalasında bayraq əldə bəkliyor



Yığılın meydanlara- Düşün kutlu yullara

Xəbər salin ən uzaq ulaşılmaz əllərə

Su gibi axsın millət –sular dönsün sellərə

Vətən sevər ürəklər- gözi yolda bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Min yıllıq uykusunnan oyandi – göyə baxdı

Göydə ay –ulduzu gördü – alıb bayraqa taxtı

Qannan al - yurddan yaşıl – göydən maviyi çəkdi

Bayraq səni mavi rəngdə - yaşıl – alda bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Vətən oldu varlıqı – ürəyimizcə doldu

Minyonlarca ürəklər onun ismini sığdı

Bulut oldu göylərə - vətən sevgisi yağdı

şən bu damlaları – sular seldə bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Bitsin – bitsin artıq pəşiman zalim farsin ardında

Köləlik yakışırmı sana ana yurdunda

şmannan haq bəkləmə - düşman kəndi dərdində

Vur tarının telinə - manı teldə bəliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Xəzər – xəzər sənin göylündü – göylünü bağladılar

Qardaş evinə qedən yolunu bağladılar

Anadan öyrəndiyin dilini bağladılar

Söylənəcək sözümüz var – sözlər dildə bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Nicə qəhrəmanların ruhu bəzdə durmayin

Türmanın savalana – artix düzdə durmayın

Vətən imdad bəkliyor – ümüd – sizdə - durmayın.

Yel olun bu atəşin – közü küldə bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Bu günlər ərkənə kon çıkışı bəz qalası

Suların sel olub axışı bəz qalası

Bir millətin bir yerə baxışı bəz qalası

Gül bağda həbs edilmiş bülbül darda bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

 

Qarabağ – dərbənd – təbriz - əzəldən sənin yurdun

Göz mi çükdü yukardan – yurdunu ələ verdin

Ulaması duyuklu savalanda bozkurtun

Türk dünyası təbrizi turan eldə bəkliyor

Babək bəz qalasında bayraq əldə bəkliyor

  توسط yılmaz  |

 

azərbaycan/əsgər əkbərzadə


Gəl verax can yaşadax azərbaycanımızı

Min tərəfdən daraşıb töksələr al qanımızı

Görməyib görməyəcək kimsədə göz yaşımızı

Sınaqın vermiş elim baxma bu üç beş gününə

Közəcək baxmayacaq özgə vıran hər düyünə

 

Kükrəyib titrədəcəkdir yenə zülmün sarayın

Babək evladi salar aləmə bırdə harayın

Ay yad ellər eşidin tülkü yüvasın arayın

Yurdumuz getmədədir "çənli bel" olmaq üzərə

Dönəcəkdir oda ،  sanmakı köz atda közərə

 

Yaqı düşman elə sanmış yatıb oğlanlarımız

Zən edibdir donacax sonsuza tək xanlarımız

Yada sərxoşdur muna başqa duval xanlarımız

 

Elinə qışqı cıranlar hələ qoy çapsınlar

Gündə min yol ürəyin yandırıbən yaxsınlar

Çox ağır yatdı bu el tapdalayıb qazsınlar

El ayılsa özünə güclü bir tale  yazacax

Daha zən etməki bu tutduğu yoldan azacax

 

Yurdum  avvəldən olubdur mədəniyyət ocağı

Min koroğlu becəribdir onun hər bir bucaqı

Düşmənə qarşıdısa dosta açıqdır qucağı

Dostuğa əl uzadanlar əlini tez sıxacax

Yurduma əyri baxanlar gözləri axir oğacax

 

Bəlkə yurdumda bir azadlıq ağacı əkilə

Elimin başına enmış bu dumanlar çəkilə

Düşmana qarşı duran bəz qalaları tikilə

Qartal , uğrunda , bu ellərdə açar qol qanadın

Yazar öz qanilə göylərdə azərbaycan adın.

  توسط yılmaz  |

 

فارسي قيريلداتما ديلين وارسنين

فارسي قيريلداتما ديلين وارسنين

سن اگر بولبولسن گولون وارسنين

قهرمان خلقيميز گؤزتيكيب سنه

فرهنگي تالانميش ائلين وارسنين

سن گؤزه‌ل سوناسان هر سويا دوشمه

اوزمگه دوم دورو گؤلون وارسنين

اگر بولود اولسان ياغ قوراخليقا

سوياحسرت قالميش چؤلون وارسنين

«ياغ اولوب يانديرما يادلار چيراغين

قارانليق آيلارين، ايلين وارسنين»

دئميرم فارسيجا يازابيلميرسن

چوخ گؤزه‌ل يازيرسان الين وارسنين

آممانئجه دئييم فارسي‌دان گؤزه‌ل

قيلينج كيمي كسگين ديلين وارسنين

«سعدي»ني «حافظ»ي چوخدا ازديرمه

«معجز» ون و ورغونون لعلي‌ن وارسنين

آرخالان بابكه رستم نه چي‌دير؟

دانالار باسماقا كلين وارسنين

نسيمي،خطايي واقف، فضولي

دده قورقود» كيمي اولون وار سنين»

«اؤزه‌يئر» هابيلين سازين كامانين 

بولبول چهچهه‌لي تئلين وارسنين

ايزين داش دؤورونه گئديب يئتيشيب

سومئرلره باغلي تئلين وارسنين

سولور اؤز باغين‌دا گوللر، چيچك‌لر

وئرمه تيكان لارا گولون وارسنين

آي عاشيق چال اوخو آنا ديلين‌ده

سازين‌دا خوش بمين زيلين وارسنين

توركو نغمه ايستير يانيق كونلوموز

سدي ييخ قوي گه‌له سئلين وارسنين

پاشالار باغيندا بوقوللوق نه‌‌دير؟

اونودمابير «چنلي بئلين» وارسنين

شاعيرلر جوشدوران سولو،صفالي

 آرازين، موغانين ميلين‌وار سنين

وورولما يادلارين گؤزللرينه

ائلين ده چوخ اينجه بئلين وارسنين

سن يوگور ميدانا«كور اوغلو» كيمي

 مين لرله‌هاي باسان ده‌لين وارسنين

«دورنا» سان قاققيلداسس وئرسسيمه

قاطاردان آيريلما يولون وارسنين

اَلين وئر اليمه داغلار آشيراق

 قدرتلي قولون وارسنين بيليرم

«شامي» يم يالقيزام يوخدور كومگيم

گه‌ل اكك بو باغي بئلين وارسنين

دايانما شعريمين تئز وئر جوابين

اگر بوميداندا فعلين وارسنين

  توسط yılmaz  |

 

قاییت توركوم، گئری دون توركلویونه

قاییت توركوم، گئری دون توركلویونه

 

تورپاغیوی دوشمن آلدی دینمه دین،

اوز ائل - ایوین قیمتینی بیلمه دین،

لكه لنن ناموسیوی سیلمه دین،

قاییت توركوم، گئری دون توركلویونه!

 

نامرد لره كؤله اولدوق، قول اولدوق،

اَری اؤلموش قادین اولدوق، دول اولدوق،

هر گله نه، هر گئده نه یول اولدوق،

قاییت توركوم، گئری دون توركلویونه!

 

بابالا لاردان قالان سازی اونودوق!،

آنا لاردان شیرین سؤزی اونودوق!،

اود یوردوندا، اودو كؤزو اونودوق!،

قاییت توركوم، گئری دون توركلویونه!

 

گؤرمه دین می نه لر گلدی باشینا؟

باخدیلار می گؤزلرینین یاشینا ؟

زهر تؤكدون اوز الینله آشینا ؟

قاییت توركوم، گئری دون توركلویونه!

 

آق دام شوشا، قاراباغین تالاندی،

مشكین شَهَر!، هادی شَهَر یالاندی،

فارس آدلاری بوتون ائله جالاندی،

قاییت توركوم، گئری دون توركلویونه!

 

بوز قورد قالیب قودوز ایتلر ائلینده!

یازماق بیلمیر اولوس، آنا دیلینده

بوغولموشوق روزگارین سلینده

قاییت توركوم، گئری دون توركلویونه

 

خوجالی دا سویداشلارین قیریلدی،

تبریزینده حاق سؤیله ین ویریلدی،

آذربایجان خریته سی جیریلدی،

قاییت توركوم، گئری دون توركلویونه!

 

قوچاق نبی، ستار، بابك هاردادی؟

تومروس آنا، زینب پاشا هاردادی؟

شرافتین، پس غیرتین هاردادی؟

قاییت توركوم، گئری دون توركلویونه!

 

دوشمنلره یولداش دئدیك یار دئدیك،

تیكان لارا مئیوه دئدیك، بار دئدیك،

قارا گونه، بیاز دئدیك، قار دئدیك،

قاییت توركوم، گئری دون توركلویونه!

 

تاریخ لرده یازیلیب ماد، آریا!!!

بؤلونوبدور آذربایجان یاری یا،

دوز باسیلیر اوركده كی یاری یا،

قاییت توركوم، گئری دون توركلویونه!

 

كوردلر آلیب اورمییه نی، سولدوزی!

ائدیب كیملر پارس آباد!!، آسلاندوزی؟

هانی بو الكه نین آیی، اولدوزی ؟

قاییت توركوم، گئری دون توركلویونه!

  توسط yılmaz  |

 

Təbrizin haq səsi\ saleh ıldırım

Təbrizin haqq səsi

Gəlmişəm şura Səhəndim, Savalandan soruram
Ərdəbil, Urmula Zəngan, Həmədandan soruram
Mil, Muğandan, Bakı, Dağlıq Qarabağdan soruram
Bu kül altındakı  köz,  bir  od olarsa  nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa  nə olar?

Məktəbim taxtalanıbdır, açılıb dustaqlar
Kimliyim taptalanıb yüz cürə böhtan yağılar
Yasaq olmuş bu dilim, az qala kökdən dağılar
Şovinizmə, zülmə üsyan olarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa  nə olar?

Təbrizin Səttarı, Bağırxanı, Mir Cəfəri var
Savalan gər ucalırsa  günü-gündən yeri var
Bax Səhənd  heybətinə lap özü tək şairi var
Qoca Heydər babanın səbri daşarsa  nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa  nə olar?

Ildırımlar çaxar onda səsi dünyayə dolar
Sel olub düşməni məhv eylədiyində durular
Xalqa qan utduranın əl-qolu əlbət  burular
El dəniz tək yenə də dalğalanarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa  nə olar?

Azər övladı yenə birləşib üsyan salacaq
Zalımı məhv eliyib bir yeni dövran quracaq
Onda  azadlıq olub, heç nə yasaq olmayacaq
Şah başından yenə xalqım tac alarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa  nə olar?

Salehəm xalqıma mən haqqıdan iman elərəm
Xalqın uğrunda  şirin canımı qurban elərəm
Düşmənin bağrına bu sözləri peykan elərəm
Şanlı bayraqla yenə ərk ucalarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa  nə olar?

  توسط yılmaz  |

 

Yenə tufan salarıx\ saleh ıldırım

Tufan salarıq

Deynə Heydər babaya biz şer əlindən tacı aldıq
Yaxasından yapışıb cəlladı taxtdan yerə saldıq
Ammaki  el yenə aldandı, düzü biz  gerı qaldıq
Qıyha qovzanmadadır, bir yeni tufan salariq biz
Islam altında mısan Şeytanı taxtdan salarıq biz

Yenə Heydər baba qoy xalqıma  dağlar dayaq olsun
Elə keçmiş kimi sözlər yenə qardaşsayaq  olsun
Yumruqlar da dügünlənmədə qoy xalq ayaq  olsun
Əlbir  olsaq  elinən bir yeni tuğyan salarıq biz
Şahi saldıq necəkim, mollanı taxtdan salarıq biz

Hay vuranda Savalan söylə Səhənd topların atsın
Bu tayın nərəsı qalxanda o tay mətləbə çatsın
Vətən uğrunda gərəkdirki igid qan tərə batsın
Doğma qardaş səsınə can deyib əfğan salarıq biz
Bir də duşmənlər əyə qan diyə, qan-qan  salarıq biz

“Qara dağdan düzülüb Təbrizə Səttarxanlar
Xalqın övladı yetişmişdi, yolun səhmanlar
Aldadanmazdır onu bir də fılan-behmanlar
Vətən uğrunda bütün yolları səhman salarıq
Yaşa dillərdə bütün Azəribaycan salarıq

Gülməyə  başladı qönçə, o çiçək açmadadır
Zirvələnmiş yenə gün yurda işıq saçmadadır
Elimə  xain olanlarda köçüb qaçmadadır
Necə tufan ki, demişdin elə tufan salarıq
Doğru yoldur  yolumuz aləmi heyran salarıq

Sən də Heydərbaba bizdən  sarı lap arxayın ol
Biz qaranlıqları yardıqda sən ayın-şayın ol
Saleha qorxma diyə sən də elə öz tayın ol
Tay-tuş olduqda qoçaqlar, yenə tufan salarıq
Islam altında mısan şeytanı taxtdan salarıq ”

  توسط yılmaz  |

 

Səhər xanım

Qanı sütdü üzünə gül üzü xəlq içrə ağ oldu

Bizə bir dağ bir yıxılmaz dayağ oldu

Bir əlində qələm oldurməyə zalimləri xəncər

Bir əlində kəlmələr ğunçə verir sözlü sədaqətli dilində

Ulduz oynur şəkilində

 

Yenə bir can

Yenə bir şanlı cəvan

Yenə qudrətli bir aslan

Çalişıb dar qəfəsində

Səhərin muşduluğun verdi bizə son nəfəsində

Açılan güllə gül aşdı sinəsində

 

Belə bir toy gecəsində

Hanı aydın

Hanı oxtay

Hanı bir bir çalışan birləşən ellər

Hanı qanla boyanan yıxmağa zalım evı şaqqıltılı sellər

Hanı bayraq olan əllər

 

Yenədə gün saralıb qaş qaralıbdır

Yenədə hansı kələk xalqları ayrı salıbdır

Yenə babəklərımız darda qalıbdır

Səmədin aşnaları harda qalıbdir

  توسط yılmaz  |

 

آغ آتیم

آغ آتیم ، قول قاناتیم

آت قدمین یورتمه یئری!

آش تپه لردن

سیلدیریم تک سره لردن

سئله سینمیش دره لردن

بو نه طوفاندی گؤزل کهلیگیمی

ایستیر آییرسین فره لردن


ادامه مطلب

  توسط yılmaz  |

 

türk dünyası





əgər istirsiz türk dünyası haqqında çoxlu sözlər biləsiniz

  توسط yılmaz  |

 

قووزانان طوفان دی، آذربایجان

جسمه، سانکی جان دی، آذربایجان
عشوه لی، جانان دی، آذربایجان

ای گوزل لریوردی، ای شانلی دیار
جان سنه قوربان دی، آذربایجان
 

ادامه مطلب

  توسط yılmaz  |

 

یاسلی ساوالان

هر زامانكي باخيرام باشينا قیروقار گؤرورم

اوغلو اؤلموش آنا تك گؤزلرين آغلار گؤرورم

هر طرفدن چكيليب سينه‌وه داغلار گؤرورم

آي آلان اوستونو غم چيسگيني، هر ياني دومان

آي ياغان باشينا غملر اودو، ياسلي ساوالان


ادامه مطلب

  توسط yılmaz  |

 

آغري

آغري

اوجا آغري باشي قارلي

اي ووقارلي

من ائشيتديم او گوزه ل نغمه له رينده ن

اوخشاييردين ائلي هر ده ن

آغلاييردين قان اوره کده ن

سني آخيردا يئتيردي ده لي طوفان منه بيرد ه ن


ادامه مطلب

  توسط yılmaz  |

 

میلت گوجه گلمیش

میلت چیغیریر تورکم هارای حاقیمی دانما

دولت باغیریر کس سسیوی آنلاما قانما

فرمان بوراخیر وور باتومو , ووردولار آما

سانکی خوروزون اوستونه  نارین جوجه گلمیش


ادامه مطلب

  توسط yılmaz  |

 

آذربایجان شعری استاد شهریاردان

کؤنولوم قوشو قاناد چالماز سنسیز بیرآن، آذربایجان،

خوش گونلرین گئتمیر مودام خیالیمدان، آذربایجان.

سندن اوزاق دوشسم ده من عشقین ایله یاشاییرام،

یارالانمیش قلبیم کيمى، قلبی ویران آذربایجان.


ادامه مطلب

  توسط yılmaz  |

 

سهندیه

شاه داغيم ، چال پاپاغيم ، ائل داياغيم ، شانلی سهنديم

باشی طوفانلی سهنديم

باشدا حيدر بابا تک قارلا قيروولا قاريشيب سان

سون ايپک تئللی بولودلارلا افقده ساريشيب سان

ساواشارکن باريشيب سان


ادامه مطلب

  توسط yılmaz  |

 

پروفسور دکتر محمد تقی زهتابی :کیریشچی

"سو"دئییبدیر منه اولده،انام اب کی،یوخ

"یوخو"اویرتدی اوشاقلیقدامنه،خواب کی،یوخ

ایلک دفعه کی،"چورک"وئردی منه نان دئمه دی

ازلیندن منه "دوزدانه"، نمکدان دئمه دی

 
ادامه مطلب

  توسط yılmaz  |

 

شهریاریم شعری عاصم اردبیلیدن

شاعریم ، شهریاریم ، افتخاریم ، سئومه لی یاریم

آی منیم شان و وقاریم

گئتدین حیدر بابانین ذیروه سینی سیس دومان آلدی

باغری قان لاله لرین شاختا ووروب ، قار بوران آلدی 

ادامه مطلب

  توسط yılmaz  |

 

چاره تاپیلماز

چاره تاپیلماز   

وصل اولماسا هجران غمینه چاره تاپیلماز

باشدان باش اولان تحفه گوزه ل یاره تاپیماز

اود یوردو آذربایجانیما وور غون ایگیددن

ایمانی ساتان درهم و دیناره تاییماز

درمان اولو. مین یاره  دگه یاره نین اوستدن

دیل یاره سی تک درده سالان یاره تاپیماز

آغ گئیمک ایلن بختی قرا بختور اولسا

ایللر بو  یو دونیاده گونی قاره تاپیماز

بد کاره ساتار اوز شرفین شهرته . آمما

اوز یوردونا خائن کیمی بدکاره تاپیماز

یوز هرزه تیکان بیتسه ده بیر گول بوداغیندا

گلدن نظر لطف سالان خاره تاپیماز

چوخ اولسادا دونیاده جانیندان دویان عاشیق

حلاج کیمین بوسه ووران داره تاپیماز

گوز یاشی گواه اولسادا گر عشقینه <عاصم>

سینمیش اوره گین تک سند پاره تاپیماز

 

 جانیم قوربان آذربایجانا 

  توسط yılmaz  |

 

قارداش.دوءزومونون اسیری اولدوم

منیم

قارداش.دوءزومونون اسیری اولدوم.

 خبریم اولمادی اوءزومدن منیم.

سنین چیچگینه . گولونه باخدیم.

مین یارپاق توءکولدو سوءزومدن منیم.

کوءنول آریلماییر هاچا گدیکدن.

باخیشی دورو شوکوءهنه الیکدن.

هردن بیر خبر وئر او کوء هنه لیکدن.

او داغلار دا ایتن ایز یمدن منیم.

 باختیما بیر یازی قورومو  دیدی.

 تاختیماایکی  ال قیر یمی دیدی.

 گوءزومه بیر آراز شیریمی دیدی.

 یوز آراز توءکولدو گوءزومدن منیم.

نه قدر دوننیم چای ــچای ایچیلدی.

 داغیم دوءیجلندی. تپه م کیچیلدی.

 نئچه کند بیچیلدی.شهر کیچیلدی.

 تایلانیب داشیندی دوزو مدن منیم.

  دوستلارسوفره سیندن دویمازام.آجام.

 ریالار داشیندان گوءز آچدیم هاچان؟

 تعریفلر آز چیخدی ــتوپوغوماجان.

تنقیدلر دایاندی دیز یمدن منیم.

  داغ عوءمرومو قیش اریتدی. یاز ییخدی.

 دردیم گئچن یولار یازیق ــیازیقدی.

 دئسم دیلیم یانار . دیلیم یازیقدی.

 دئمه سم دویماز لار اوزومدن منیم.

  من ایللر دنی یم.ایللر دنیمدی.

 ایللره قنیمم. ایللر قنیمدی.

 بــــــــوآ ذر تـــــوپــــــارغــــــــی ســـــــــون

 کــفـــــــنیــــــــمدی.

 دویمارام بو قارا بئزیمدن منیم

  توسط yılmaz  |

 

آذربایجان سرودی :شاعیر بی ریا

آذربایجان سرودی

ای توپراغی لعل و مه رجان , آزربایجان , آزربایجان

مه ن وئره ره م اوغروندا جان, آزربایجان , آزربایجان

 

ای وطنیم دوشمن عجب باغرینی آلقان ائله دی

سویدو رزالتله سنی ظولمیله تالان ائله دی

باغلارینی ووردو خزان گؤر نئجه ویران ائله دی

ظولمت کئچیب دؤندو دومان , آزربایجان , آزربایجان

ای توپراغی لعل و مه رجان , آزربایجان , آزربایجان

 

کئچمیشینه باخمالیدیر , پیر و جاوان عیبره تیله

حاظیر اولوب ائللریمیز اینتیقاما غئیره تیله

مقصدیمیز وار سنی آزاد ائله یه ک سورعتیله

موسته بیده یوخدور آمان , آزربایجان , آزربایجان

ای توپراغی لعل و مه رجان , آزربایجان , آزربایجان

 

به سله میسه ن شانلی وطن نازیله ئوز ائولادینی

مه نده گه ره ک جهد ائلیییه م عرشه اوجالدام آدینی

هیمت ایله پارچالاییب , محو ائله یه م جللادینی

وقت سعادتدیر اویان , آزربایجان , آزربایجان

ای توپراغی لعل و مه رجان , آزربایجان , آزربایجان

 

آند ایچیره م ناموسوما مسلکیمه ویجدانیما

گون کیمی دونیاده موقه ددس تانینان ایمانیما

یا سه نی آزاد ائلییه م , یا بویانیم آل قانیما

حه ققین اوزو دؤنمه ز اینان , آزربایجان , آزربایجان

ای توپراغی لعل و مه رجان , آزربایجان , آزربایجان


مه حه ممه د بیرییا(محمد بیریا)

بو شئعرله ر 1320 ده آزربایجانین ره سمی سورودویدی

  توسط yılmaz  |

 

منيم آي غملي ديليم

منيم آي غملي ديليم !
درده بورونموش
سنه چوخ دردلي سؤزوم وار
سنه ايللر بوْيو قان آغلاماغا بيل كي گؤزوم وار
داخي دوستاقلي گؤنول ايچره كؤزوم وار
سن آتامين ديلي‏سن ، هم ده آنامين
ائليمين ، ميللتيمين ، كيمليييمين
بايراغي سَنسَه ن
تؤركلويون شانلي نيشاني
اُولاماز نازلي ديليم من سني آتام
اؤزگه ‏لر ديلينه ، ياد ائللرينه من سني ساتام
سني آلداتماييرام
سني ايچدن سئويره‏ م
سن اگر سولغون اولاسان ، سولاسان
گؤزلريم گؤز ياشيني دالغالارام
ظولمه قارشي آخارام
كؤزه ‏ره ‏ن گؤكسوم اوديله ياخارام
ظولمه سوْن نوقطه‏ سيني قويمالييام
سنه من آند ايچَه ره ‏م
آخي تورك'ون توْرونو
آنا "تومروس" قيزييام
آي منيم غملي ديليم !
درده بورونموش
سنه من آند ايچه ره ‏م
سنه من آند ايچه ره ‏م

  توسط yılmaz  |

 

سیلکه لیر یوخودا بیر نفر منی

سیلکه لیر یوخودا بیر نفر منی

سسله ییر اوغلان داها اویانمالیسان

گل آل بو اراده بودا شجاعت

حایاتی یئنی دن قازانمالیسان

*

هله یوخولویام گوزوم باغلیدیر

کیم وار باشیم اوسته سورا بیلمیرم

اوخشاییر ساچیمی بیر مهربان ال

رویا دوغور گوزوم دورا بیلمیرم

*

آتامی گورورم بیر قشون غیرت

گتیریب یوخوما گون آیدین دئیر

آنامدا قیزلارین گتیریب منه

دای ائولن مه لیسن قوجالدین دئیر

*

قشونومدا بابک قیزلاردا سارا

یان یانا یاتیب لار دورد بیر یانیمدا

غیرتیم هایقیریر بابک چیغیریر

سارالاردا سانکی اوینور قانیمدا

*

دره لر تپه لر سان وئریر منه

اولکه مین دوزلری پهلوان لاری

سانکی دوغروداندا بیر ژنرال کیمی

اگیلیب اوپورم قهرمانلاری

*

یئنی دن بابکین قولسوز بدنی

دوشنده یادیما آجیغیم گلیر

قیزلار آنا اولمور آنالار اوغول

دوغمور بو اولکه یه یازیغیم گلیر

*

صداقت گورسه دن الی دوز اولان

گوزلری کور اولور اوزی کور اوغلی

ایری دن ده بیری گوزون چیخاردیر

گورن دئسین بلکه اودور کوراوغلو

  توسط yılmaz  |

 

 



آزادلیق اوغروندا قانیم توکولسه
ساچلاریم آغارسا بئلیم بوکولسه
مزاریم اوستوندن یوللار چکیلسه
دوشمانا باش ائیب سجده قیلمارام

oktay_araz2020@yahoo.com

 

 

Mənə ağrımayan bir ürək verin/reyhan kənan
Hey Hey/Hüşəng Cəfəri
əlvida/sücaət
Ergenekon Destanı
Al silahın yola düş/Saleh Ildırım
Canı qurban demişik Azəribaycanımıza/Saleh Ildırım
sözlük
Gecələr/abbas bariz
Babək bəz qalasında bayraq əldə bəkliyor
azərbaycan/əsgər əkbərzadə

 

88/10/01 - 88/10/30
88/08/01 - 88/08/30
88/06/01 - 88/06/31
88/04/01 - 88/04/31
88/03/01 - 88/03/31
87/12/01 - 87/12/30
87/11/01 - 87/11/30
87/10/01 - 87/10/30
87/08/01 - 87/08/30
87/06/01 - 87/06/31
87/04/01 - 87/04/31
87/03/01 - 87/03/31

 

 

Gəcil
Topraq
Sozluk
Güney azərbaycan vebsitələri
Üç hilal
Kitablar
Uplod
Doğru düşüncə
قالب وبلاگ

 

 

RSS 2.0

Designed By ParsTheme